Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) "Cümhur İttifaqı"ndakı siyasi müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ilə görüş keçirib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Bahçelinin iqamətgahında baş tutub.
Bildirilib ki, görüş çərçivəsində qarşılıqlı maraq doğuran siyasi gündəm mövzuları müzakirə olunub.