Modern.az

Türkiyənin uçot dərəcələrini artıracağı gözlənilir

Türkiyənin uçot dərəcələrini artıracağı gözlənilir

İqtisadiyyat

21 İyun 2023, 16:28

Türkiyə Mərkəzi Bankının uçot dərəcələri ilə bağlı qərarının sabah açıqlanacağı gözlənilir.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, uçot dərəcələrinin nə qədər artırılacağı ilə bağlı müxtəlif proqnozlar verilib.

 

ABŞ-da yerləşən "Morgan Stanley" investisiya bankı dərəcələrin 11,5 bənd artaraq 20 faizə çatacağını gözləyir. "Goldman Sachs" bankı isə uçot dərəcələrinin 40 faizə qaldıracağını proqnozlaşdırır.

 

"Reuters" agentliyinin proqnozuna əsasən, uçot dərəcələri 20%-ə, "Bloomberg"ə görə isə 17%-ə qaldırılacaq. "Bank of America" dərəcələrin 25 faizə, "Moody's" kredit reytinq agentliyi isə 25-30%-ə qaldıracağını düşünür.

 

Qeyd edək ki, ötən ay Türkiyədə keçirilən prezident seçkilərinin ardından Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadiyyat komandasını dəyişib. Mehmet Şimşek maliyyə və xəzinə naziri, Hafize Gaye Erkan isə Mərkəzi Bankın sədri təyin edilib. Ərdoğan uçot dərəcələrinin aşağı olması ilə bağlı fikirlərinin dəyişmədiyini, ancaq iqtisadi komandanın qərarlarını qəbul etdiyini bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir