Modern.az

Liqanın başlama tarixi və oyunçu limiti açıqlandı

Liqanın başlama tarixi və oyunçu limiti açıqlandı

21 İyun 2023, 16:36

Futbol üzrə Azərbaycan I Liqa və Əvəzedicilərin çempionatının başlama tarixləri, həmçinin oyunçu limitləri bəlli olub.

 

Modern.az xəbər verir ki, I Liqa 13 sentyabrda start götürəcək.

 

Bu turnirdə futbolçu limiti 8+3 (8 azərbaycanlı, 3 legioner) olacaq.

 

Əvəzedicilərin yarışı Premyer Liqanın startından 1 gün sonra – 5 avqustda başlayacaq. Burada limit 7+4 (7 yerli futbolçu 2002 və ya daha gənc təvəllüdlü, 4 futbolçu sərbəst (legioner də ola bilər) olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi