Modern.az

Hakan Fidan Blinkenlə Azərbaycanı müzakirə etdi - YENİLƏNİB

Hakan Fidan Blinkenlə Azərbaycanı müzakirə etdi - YENİLƏNİB

Dünya

21 İyun 2023, 20:38

Türkiyənin xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı Entoni Blinkenlə görüşündə müzakirə olunan mövzular açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Görüşdə Ukraynadakı vəziyyət, Türkiyənin təşəbbüsü ilə həyata keçirilən İstanbul Taxıl Sazişi, NATO-nun genişlənməsi, Cənubi Qafqazda baş verən proseslər kontekstində Azərbaycan-Ermənistanın normallaşması və ikitərəfli münasibətlər müzakirə olunub.

 

***

17:08

Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda keçirilən Ukraynanın Bərpası Konfransına qatılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilib ki, konfrans çərçivəsində Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüş keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI