Xorvatiyada Macarıstanın hərbi helikopteri qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə Xorvatiya Müdafiə Nazirliyi "Twitter" hesabında bildirib.
Məlumata görə, Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus iki Airbus H145 helikopterindən biri təlim uçuşu zamanı paytaxt Zaqrebdən təxminən 300 kilometr cənubda partlayıb.
Qəzanın səbəbi hələlik açıqlanmayıb.
Hadisə zamanı helikopterin göyərtəsində üç nəfər olub, onlardan 2-si ölüb.
Drniş şəhəri yaxınlığında qəzaya uğrayan helikopterdə olan digər şəxsin axtarışları davam etdirilir.