Modern.az

Rusiyaya qarşı 11-ci sanksiya paketində NƏLƏR VAR?

Rusiyaya qarşı 11-ci sanksiya paketində NƏLƏR VAR?

21 İyun 2023, 17:36

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 11-ci paketinə daxil olanların siyahısını açıqlayıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Aİ-dəki səfiri Anjey Sados məlumat verib.

 

Diplomatın dediyinə görə, yeni sanksiyalar siyahısına xüsusən də uşaqların qanunsuz deportasiyasına görə məsuliyyət daşıyan 70 nəfər, həmçinin sanksiyalardan yan keçən, Rusiyanın hərbi səylərini dəstəkləyən 30-dan çox biznes subyekti daxil edilib.

 

O cümlədən "Drujba" kəmərinin cənub qolundan neft nəqlinə və Rusiya qoşqularının mallarla girişinə qadağa qoyulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI