"Paşinyan Ermənistanın eks-prezidentlərindən sərfəli danışıqlar mirası alıb".
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.
Onun sözlərinə görə, sabiq dövlət başçılarının uğurları sayəsində Paşinyan müəyyən addımlar ata bilib.
"44 günlük müharibədən sonra Paşinyan özünü günahkar hiss edir və məsuliyyətdən yayınmaq, məğlubiyyətə və qurbanlara haqq qazandırmaq istəyir. 2018-ci ilin aprelindən Ermənistanda baş verənlər ali baş komandanın və xarici siyasətə cavabdeh olanın uğursuzluğudur. Paşinyanın nəyisə bəhanə edib özündən əvvəlkiləri günahlandırmağa haqqı yoxdur", - o qeyd edib.
Oskanyan Ermənistan baş nazirini diplomatik bacarıqsızlıqda ittiham edib.