Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri davam edir. Modern.az-ın məlumatına görə, bugün Bakıda Şəhidlər Xiyabanını ziyarət edən türkiyəli nazir jurnalistlərin suallarını cavablandırıb.
Azərbaycanın hazırda sürətlə inkişaf etdiyini deyən Ə.Davudoğlu bunun Azərbaycanda hakimiyyətinin uğuru olduğunu bildirib.
Nazir həmçinin qeyd edib ki, Türkiyə Azərbaycanın iqtisadi artımını və ölkənin inkişafını müşahidə edir.
“Türkiyə həmişə Azərbaycanı dəstəkləyib və gələcəkdə də dəstəkləyəcək”
Qeyd edək ki, səfər çərçivəsində Əhməd Davudoğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.
Həmçinin Ə.Davudoğlunun azərbaycanlı media nümayəndələri üçün mətbuat konfransı keçirəcəyi də gözlənilir.
Modern.az