Modern.az

Krım da SİLKƏLƏNDİ

Krım da SİLKƏLƏNDİ

22 İyun 2023, 09:44

Ukraynanın Rusiya tərəfindən ilhaq olunmuş Krım yarımadasında yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, Sevastopoldan (Aqyar) 59 kilometr məsafədə baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.6 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 10 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Silkələnmə Qara dənizdə də hiss olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI