Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Nazirlər Şurasının rəhbərliyi ilə böyük iclas keçirir.
Modern.az xəbər verir ki, bu barədə Belarusun rəsmi BelTA agentliyi məlumat yayıb.
İlin 5 ayında iqtisadiyyatın vəziyyəti, dövlət başçısının ən mühüm tapşırıqlarının icrası müzakirə olunub. Gündəliyə görə, əvvəlcə baş nazir, sonra isə müvafiq sahələr üzrə baş nazirin müavinlərinin hər biri hesabat verəcək.
Toplantıya müzakirə olunan məsələlərin bilavasitə təsir etdiyi şəxslər də dəvət olunub. Belə ki, regionların qubernatorları və Minsk meri də dinləniləcək.