Modern.az

Mirzoyan ABŞ-a sülh müqaviləsi imzalamaq niyyəti ilə gedir - Paşinyan

Mirzoyan ABŞ-a sülh müqaviləsi imzalamaq niyyəti ilə gedir - Paşinyan

22 İyun 2023, 11:42

İrəvan delimitasiya üzrə komissiyanın iclasının keçirilməsini təklif edib, artıq bu məsələdə razılıq var.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

 

"Ermənistan suverenlik, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regionda mümkün qədər tez kommunikasiya və iqtisadi əlaqələrin blokunu açmağa hazırdır", - Paşinyan əlavə edib.

 

O qeyd edib ki, Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar gələn həftə Vaşinqtonda keçiriləcək.

 

"Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq və tezliklə sülh müqaviləsi imzalamaq niyyəti ilə gedəcək", - baş nazir vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI