Modern.az

Paşinyan Rusiyə və Gürcüstan rəhbərliyinə təşəkkür etdi

Paşinyan Rusiyə və Gürcüstan rəhbərliyinə təşəkkür etdi

22 İyun 2023, 11:50

Ermənistanın baş naziri Nikol Paşinyan Yuxarı Larsla bağlı problemlərin həllinə görə Rusiya prezidenti Vladimir Putinə, habelə Rusiya və Gürcüstanın baş nazirləri Mixail Mişustin və İrakli Qaribaşviliyə təşəkkür edib.

 

Modern.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Nazirlər Kabinetinin iclasında Paşinyan qeyd edib ki, işi təkmilləşdirmək həmişə tərəflərlə danışıqların gündəliyində olub.

 

"Son zamanlar rusiyalı tərəfdaşlarla uzunmüddətli danışıqlar öz nəticəsini verib. Bu, son qlobal logistika dəyişiklikləri çərçivəsində prosesləri sürətləndirəcək", - deyə Ermənistan baş naziri vurğulayıb.

 

Qeyd olunub ki, keçid məntəqəsində hərəkət zolaqlarının sayı 39-a çatdırılıb və buradan hər gün 1500-ə qədər ağır yük maşını keçir. Gürcüstan tərəfində ilin sonuna kimi zolaqların sayı da 9-dan 24-ə qədər artacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI