İraqın şimalında daha 2 PKK terrorçusu zərərsizləşdirilib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalındakı "Pençe-Kilit" əməliyyatının keçirildiyi bölgədə yerləşən Metinada təsbit olunmuş 2 PKK terrorçusu zərərsiz hala gətirilib.
Qeyd olunub ki, proses qərarlılıqla davam etdiriləcək.