Azərbaycanda dövlət satınalmaları üzrə bir neçə istiqamətdə stereotiplər formalaşıb və onları qırmaq lazımdır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
"Buna bir neçə nümunə deyə bilərəm. Məsələn, hansısa idarədə kiminsə hansısa vəzifəyə gəlməsinə razılaşırlar, sonra deyilir ki, filan vəzifə barədə müsabiqə elan edilir. Ona görə də “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əlavə işlək mexanizmlər qurulmalıdır ki, bu stereoptipləri aradan qaldıraq. İkincisi, məmurlar öz çətiri altında olan və ya kiminsə idarə etdiyi şirkətin xeyrinə satınalmalara təsir göstərir. Bu qanun layihəsi onların ifşasına gətirib çıxarmasa, satınalama sahəsi bizdə işləməyəcək”,- deyə deputat bildirib.