ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı general Daril Uilyamsın dəvəti ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-mayor Edvard Asryanın rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada işgüzar səfərdədir.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, heyət Avropa ordularının illik konfransında iştirak edib.
"Konfransın ilk günündə general-mayor Edvard Asryan ABŞ ordusunun Quru Qoşunlarının Baş Qərargah rəisi general Ceyms Makkonvil və Avropadakı Ordu Artilleriya Komandanı erməni əsilli general-mayor Stefan Maranyanla qeyri-rəsmi görüş keçirib. Konfrans çərçivəsində Ermənistan Respublikası Silahlı Qüvvələrinin Qərargahının avropalı tərəfdaşlarla bir sıra digər görüşləri də nəzərdə tutulub", - Ermənistan MN-in yaydığı məlumatda qeyd olunub.