Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultaya hazırlıq prosesinə start verilib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə partiyanın 31 yerli vilayət təşkilatının rəhbəri birgə bəyanat qəbul edib.
Qeyd olunub ki, dəyişiklik ideyası şəxslərdən çox fikir və prinsiplər çərçivəsində reallaşa bilər. Şəxsə fokuslanan yox, prinsip və məramnaməni mərkəzə alan anlayışla qurultaya hazırlıq prosesi davam etdiriləcək.
"Prosesi praktik olaraq başladırıq", - deyə bildirilib.
Xatırladaq ki, partiya sonuncu parlament seçkilərində ikinci yeri tutub, prezident seçkilərində isə qələbə qazana bilməyib.