Amerikalılar Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun getməsində altruizmə görə yox, Rusiya ilə rəqabətə görə israrlıdırlar.
Modern.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov "Bunin & Co Telegram" kanalı üçün qeydində yazıb.
"Həm Moskva, həm də Vaşinqton Ermənistan-Azərbaycan məsələsinin həllində aparıcı mövqe tutmağa çalışırlar. Bundan başqa, Ukrayna istiqamətindən fərqli olaraq, Qarabağla bağlı dövlətlər Rusiya Federasiyası üçün müəyyən konstruktivliyi tanımağa hazırdırlar. Amma bu gün ATƏT-in Minsk Qrupu çərçivəsində keçmiş əməkdaşlığa ümid etmək olmaz. ABŞ öz danışıqlar platformalarını tərəflər arasında bir növ həqiqi dialoq kimi mövqeləndirir və Moskvanın rolu vasitəçilik kimi təqdim olunur", - o qeyd edib.