"Saakaşvilinin özünün siyasətə qayıtmasını elan etməsi onun reputasiyasına kölgə salıb".
Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
O hesab edir ki, Saakaşvilinin sağalması və siyasətə qayıtması ölkəyə qarşı nə qədər kütləvi dezinformasiya kampaniyasının aparıldığını nümayiş etdirir.
"Əlbəttə, bu son addım Gürcüstan daxilində və xaricində hökumətin Saakaşviliyə qarşı pis rəftarına dair həyəcan təbili çalan siyasətçiləri çaşdırdı. Gürcüstan hökuməti bütün ittihamları dərhal dəf etdi", - parlament sədri qeyd edib.