Ukrayna prezidenti Volodimir Zelenski 2024-cü ildə prezident seçkilərinin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, ölkə qanunvericiliyini xatırladıb.
"Qanunlara görə, ölkədə seçkilər dinc şəraitdə keçirilməlidir. Əgər bu il müharibə bitsə, növbəti ildə prezident seçkiləri keçiriləcək. Mən də bunu istəyirəm", - Prezident qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.