Modern.az

Rüstəm İbrahimbəyov Bakı səfərinin vaxtını dəyişdi

Rüstəm İbrahimbəyov Bakı səfərinin vaxtını dəyişdi

Təhsil

17 İyul 2013, 15:52


Milli Şuranın sədri, qurumun prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov Azərbaycana qayıdacağı günü açıqlayıb. O, “Media forum” saytına deyib ki, iyulun 30-da gələcək: “Avqustun 2-də Azərbaycanda kino işçilərinin bayramıdır. Həmin gün Bakıda olmalıyam, tədbirlərdə iştirak etməliyəm. Hələlik bilet almamışam”.

Yayılan informasiyaların əksinə olaraq Rüstəm İbrahimbəyov Avropaya səfərinin başlamadığını bildirib: “Hazırda Moskvadayam, burada bəzi işlərim var, onları həll edirəm. Avropaya səfərim başlamayıb. Səfərlə bağlı danışıqlar aparıram. Səfər iyulun 21-nə nəzərdə tutulub. Amma ola bilsin ki, avqusta təxirə salınsın”.

Milli Şuranın sədri deyib ki, Avropaya səfəri, orada rəsmilərlə görüşməsi məsələsində problem yoxdur: “Səfərin uzanması mənim işlərimlə bağlıdır”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım