Modern.az

Qərb Rusiya ilə Qazaxıstanın arasını vurur 

Qərb Rusiya ilə Qazaxıstanın arasını vurur 

Dünya

23 İyun 2023, 09:58

Qərb dövlətlərin işlərinə qarışmaqla Rusiya və Qazaxıstan arasında münasibətləri korlamağa çalışır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevstov Rusiya-Qazaxıstan təhlükəsizlik məsləhətləşmələri zamanı bildirib.

 

Şevstov deyib ki, Qərb ölkələri suveren dövlətlərin daxili işlərinə birbaşa müdaxilə etməklə Rusiya Federasiyası ilə Qazaxıstan arasında münasibətlərə mənfi təsir göstərməyə çalışır:

 

“Birləşmiş Ştatlar və onun müttəfiqləri sosial şəbəkələr vasitəsi ilə millətçi hissləri gücləndirməyə, böhtan yaymağa, ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Bu, müstəqil dövlətlərin daxili işlərinə birbaşa müdaxilədir”.

 

Şevtsov vurğulayıb ki, ABŞ bütün dünyanı "parazitləşdirməyə" öyrəşib, çünki onlar MDB dövlətləri arasında əməkdaşlığın gücləndirilməsində təhlükə görürlər:

 

“Postsovet məkanı ölkələri arasında əməkdaşlığın gücləndirilməsi dünyanın qalan hissəsində parazitlik etməyə öyrəşmiş anqlo-saksonların neo-müstəmləkəçilik ambisiyaları üçün birbaşa təhlükə yaradır. Onların üsulları məlumdur və yaxşı öyrənilib. Bunlar təzyiq, şantaj, təxribatlar, eləcə də münaqişələri qızışdırmaqdır. Rusiyada və Qazaxıstanda da bunu bilirlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri