Modern.az

“Baykar”ın Ukraynadakı fabriki 2025-ci ildə açılacaq

“Baykar”ın Ukraynadakı fabriki 2025-ci ildə açılacaq

Dünya

23 İyun 2023, 09:56

Türkiyənin hərbi sənaye şirkəti olan "Baykar"ın Ukraynada fabrikinin açılacağı il məlum olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraktar məlumat verib.

 

O, hədəfin 2025-ci il olduğunu vurğulayıb. 2019-cu ildə şirkətin Ukraynada "LLC Avia Ventures" adlı törəmə şirkət təsis etdiyini xatırladan Bayraktar bunun Ukraynada əcnəbilərin qurduğu və hərbi sənaye məhsulları istehsal etmək üçün lisenziya ala bilmiş ilk şirkətlərdən olduğunu qeyd edib.

 

"Fabrikin inşaat prosesi davam edir. Hazırlıq çalışmalarının böyük bir qismi hazırda icra olunur. İyul ayında elektrik verilməsi nəzərdə tutulub", - deyə Bayraktar söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI