Modern.az

Amerikalılar daha tez qocalır...

Amerikalılar daha tez qocalır...

Dünya

23 İyun 2023, 10:08

ABŞ əhalisinin orta yaşı tarixin ən yüksək səviyyəsinə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Siyahıyaalma Bürosu məlumat yayıb.

 

Yeni statistik məlumatlar göstərir ki, amerikalıların orta yaşı 1980-ci ildə 30 olub, hazırda isə 38-dən yuxarıdır.

 

Qeyd olunub ki, ABŞ əhalisi getdikcə qocalır və vətəndaşlar daha az uşaq sahibi olur.

 

Orta yaş həddi ən yüksək olan ştatlar Men (44,8) və Nyu-Hempşir (43,3), ən aşağı olanlar isə Yuta (31,9) və Texas (35,5) olub. 2021-2022-ci illərdə Amerika əhalisi cəmi 1,3 faiz artıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM