Prezident İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinə başsağlığı məktubu göndərib. Modern.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ölkə başçısı məktubunda Podolsk yaxınlığında 18 nəfərin ölməsi ilə nəticələnən qəzadan kədərləndiyini ifadə edib:
“Hörmətli Vladimir Vladimiroviç,
Podolsk yaxınlığında avtomobil qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzulayıram”-deyə məktubda qeyd olunub.
Modern.az