"SpaceX" şirkətinin sahibi İlon Maskın anası Mey Mask oğlunun "Meta" korporasiyasının rəhbəri Mark Zukerberqlə döyüşünü ləğv etdiyini bildirib.
Modern.az xəbər verir ki, Mey Mask bu barədə tviter səhifəsində yazıb.
"Mən bu döyüşü ləğv etmişəm. Amma hələ onların özünə deməmişəm", - iş adamının anası qeyd edib.
Xatırladaq ki, 2 milyarder bu yaxınlarda hər şeyi "qəfəsdə döyüşərək" həll etmək qərarına gəlmişdilər. "Döyüş" Las-Veqasda baş tutmalı idi.