Modern.az

Aİ Rusiyaya avtomobil ixracı ilə bağlı yeni qadağalar qoyub

Aİ Rusiyaya avtomobil ixracı ilə bağlı yeni qadağalar qoyub

Dünya

23 İyun 2023, 12:22

Avropa İttifaqı (Aİ) Rusiyaya avtomobil ixracı ilə bağlı yeni qadağalar qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

 

Belə ki, Rusiyaya lüks avtomobillərin, eləcə də bütün elektrik və hibrid rejimli avtomobillərin, o cümlədən işlənmiş avtomobillərin ixracına qoyulan qadağa genişləndirilib.

 

Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiya paketi qüvvəyə minib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI