Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağın mümkünlüyü barədə sualı cavablandırıb.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Makron bunun yalnız bir halda baş verə biləcəyini söyləyib.
"Əgər Putin özü mənə zəng eləsə, onunla danışaram. Amma mən Rusiya prezidentinə telefon açan deyiləm", - o qeyd edib.
Fransa prezidenti qərarını səbəbsizliklə əlaqələndirib. Makronun sözlərinə görə, rəsmi Moskva ilə dialoq yalnız müharibədən sonra baş tuta bilər.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.