Modern.az

Erməniləri pərt edən OLAY: “Rusiya bununla Ermənistan hökumətinə xalat geyindirdi”

Erməniləri pərt edən OLAY: “Rusiya bununla Ermənistan hökumətinə xalat geyindirdi”

17 İyul 2013, 18:48

hrachia harutyunyan
Yerevanda onlarca ictimai fəal Rusiya səfirliyi qarşısında etiraz piketi keçirib. Onlar şənbə günü Podolsk yaxınlığında 18 nəfərin ölümünə, 30-dək adamın xəsarət almasına səbəb olmuş avtomobil qəzasını törətməkdə ittiham olunan Ermənistan vətəndaşı Hraçya Harutyunyanla "alçaldıcı rəftara" qarşı etiraz bildiriblər.

Aksiya iştirakçılarının əllərində üzərinə “Sürücü erməni, qatil həkimlər, düşmən ziyalılar, naxələf kosmopolitlər. Növbəti kimdir, cənab Putin?”, “RF Konstitusiyasının 21-ci maddəsi üzrə hər bir şəxsin ləyaqət haqqı erməni sürücülərə aid deyil”, “Şovinizmə son qoyun!” kimi şüarlar yazılmış plakatlar qaldırıblar.

Modern.az BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, Aksiya iştirakçılarına Moskva yaxınlığında faciəli qəzanın əsas günahkarı bilinən sürücü Harutyunyanın atası, qızı, həyat yoldaşı və qardaşı da qatılıb.

“Xələtli ədalət məhkəməsi”

armenia protest
Aksiya iştirakçıları Rusiyada milli ədavətə son qoymağı tələb ediblər. Onlar Hraçya Harutyunyanın xəstəxanadan birbaşa məhkəməyə biçimsiz, rəngbərəng qadın xalatında gətirilməsinə, Rusiya mətbuatının onun haqqında verdiyi informasiyada daim “erməni sürücü” və “müttəhim sualların cavabında movuldayır” kimi ifadələr yazmasına etirazlarını bildiriblər.

Qeyd olunur ki, sürücü qəza nəticəsində beyin sarsıtması və müxtəlif növ xəsarət alıb və xəstəxanada dərmanların təsiri altında süni yuxudan müstəntiqlərin tələbi ilə ayıldılıb.

Rusiya televiziya kanalları ilə məhkəmə prosesindən göstərilən kadrlarda əynində qadın xalatı olan 46 yaşlı sürücü ağlayır və üzünü kameralardan gizlətməyə çalışır.

Aksiya iştirakçıları əmindirlər ki, sürücü günahkar olsa belə, heç kəsin qabaqcadan hökm çıxarmağa və Ermənistan vətəndaşını təhqiredici ifadələrlə xarakterizə etməyə haqqı yoxdur.

Şüarlardan birinin üzərinə yazılmış “Rusiya Federasiyasının xalat ədliyyəsi” şüarı “səhlənkar” mənası verən "xalatnıy" sözünə və müttəhimin xalaatla məhkəmə zalına gətirildinə işarə edib.

Müttəfiq ölkənin münasibəti

“Mən, bu kimi necə deyərlər strateji partnyorun münasibətinə etirazımı bildirirəm”, - deyə “Asparez” jurnalistlər klubunun rəhbəri Levon Barseğyan əmin olduğunu bildirib ki, müttəhim rus olsaydı, onu məhkəmə zalına qadın xalatinda gətirməzdilər.
“Hakim prosesi dayandırıb, müttəhimi normal qaydaya gətirməyi tələb edərdi” – o, deyib.

İctimai fəal, jurnalist Qayane Arustamyanın sözlərinə görə, erməni sürücüyə münasibətilə Rusiya bütün erməni xalqına öz münasibətini nümayiş etdir.

“Mən Stalinin xələfi olan Putinin ölkəsindən həmvətənimizi ekstradisiya etməyi və onun vətənində mühakimə olunmasını tələb edirəm. O, terrorçu deyil, onun özü də həlak ola bilərdi”.

Hüquq-müdafiəçi Avetik İşxanyan: “Bu addımla Rusiya Ermənistan vətəndaşına deyil, Ermənistan hökumətinə xalat geyindirib”.

Aksiya iştirakçıları Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinin ölkədən çıxarılması tələbilə müraciət qəbul edib, səfirliyə təqdim ediblər.

Rəsmi reaksiya

Ermənistan XİN-i öz Facebook səhifəsində iyulun 13-də Podolsk şəhəri yaxınlığında 18 adamın ölümü ilə nəticələnmiş yol-nəqliyyat qəzasında ittiham olunan Hraçya Harutyunyanın iki təcrübəli vəkillə təmin olunduğunu və hazırda həkimlərin nəzarəti altında olduğunu bildirir.

“Moskvada Ermənistan səfirliyi istintaq orqanları və Harutyunyanın vəkilləri ilə daimi əlaqə saxlayır”, - məlumatda deyilir.

Daha əvvəl Ermənistan ombudsmanı Karen Andreasyan “KamAZ sürücüsü Harutyunyanla alçaldıcı rəftarın – məhkəmə qarşısına qadın xalatində çıxarılmasının - səbəblərini öyrənmək” xahişilə Rusiya Federasiyası insan haqları vəkili Vladimir Lukinə rəsmən müraciət edib.

Ermənistan ombudsmanı insan itkiləri ilə nəticələnmiş qəza ilə bağlı başsağlığı verib və “Ermənistan vətəndaşına yardım göstərmək üçün lazımi tədbirlər” görməyi xahiş edib.

Rusiyada həbs olunmuş “Ermənistan vətəndaşı ilə təhqiramiz rəftar”la bağlı Ermənistan Vəkillər Palatası da bəyanatla çıxış edib və, lazım gələrsə, onun haqlarının müdafiəsi üçün Moskvaya vəkil göndərməyə hazır olduğunu bildirib.

Sürücü H.Harutyunyanın vəkili Erik Çabanov Rusiya Hüquqi və Məhkəmə İnformasiyası Agentliyinə deyib ki, heç kəs onun müdafiə etdiyi şəxsi təhqir etmək istəməyib. Sadəcə, başqa paltarı olmadığına görə, xəstəxanadan məhkəməyə aparanda onun əynində xalat olub.

İlkin versiyaya əsasən, qəzaya KamAz-ın nasazlığı, tormozların işləməməsi səbəb olub.

Gecikmiş qeydkeşlik

Hraçya Harutyunyan ötən il Qarabağda əsgərlikdə həlak olmuş 21 yaşlı oğlunun başdaşını saldırmaq üçün Rusiyaya işləməyə gedibmiş. Bu barədə jurnalistlərə onun ailə üzvləri deyib.

Və bu gün yerli informasiya vasitələrində yayılan məlumata görə, dünən axşam yüksək rütbəli Ermənistan Müdafiə Nazirliyi nümayəndəsinin H. Harutyunyanın ailəsinə baş çəkib, 400 min dram (təxminən 1000 dollar) pul bağışlayıb.

Yüksək vəzifəli hərbçi adının açıqlanmasını istəmədiyini bildirib, bu addımını Harutyunyan ətrafında yaranmış vəziyyətdən təsirlənməsiylə zah edib.

Rusiyada ağır yol-nəqliyyat qəzası törətmək ittihamı ilə məhkum olunan sürücünün ailəsinə maliyyə yardımı göstərmək məqsədilə Facebook sosial şəbəkəsində də qrup təşkil olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ