Modern.az

Rusiya İrandan yeni PUA-lar almağa hazırlaşır - General

Rusiya İrandan yeni PUA-lar almağa hazırlaşır - General

23 İyun 2023, 13:24

Rusiya Federasiyası İrandan yeni pilotsuz uçuş aparatlarının, ilk növbədə hücum PUA-larının tədarükü ilə bağlı danışıqlar aparır. 


Modern.az xəbər verir ki, bu barədə “RBC Ukrayna”ya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini general-mayor Vadim Skibitski deyib.

 

"Müqavilələr hələ tam yerinə yetirilməyib. Bizdə məlumat var ki, Rusiya Federasiyası İran istehsalı olan digər növ pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı danışıqlar aparır. Biz bu haqda bilirik, ona görə də danışırıq", - Skibitski bildirib.  


General vurğulayıb ki, Rusiya da öz istehsalını qurmağa çalışır, lakin indiyədək kütləvi seriya istehsalı qeydə alınmayıb.

 

"Ola bilsin ki, bu, özünü büruzə verəcək, çünki çoxlu bəyanatlar, çoxlu planlar var. Amma hələ ki plan olaraq qalır. Bu haqda həmin PUA-lar vurulanda danışacağıq",- general əlavə edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri