Modern.az

Ovanisyan Qarabağa görə Paşinyanı tənqid etdi 

Ovanisyan Qarabağa görə Paşinyanı tənqid etdi 

Dünya

23 İyun 2023, 14:38

Ermənistanın sabiq xarici işlər naziri, müxalif İrs Partiyasının sədri Raffi Ovanisyan ölkənin baş naziri Nikol Paşinyanı tənqid edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, eks-nazir Paşinyanı tarixi təhrif etməkdə günahlandırıb.

 

"Baş nazir danışıqların tarixini yalnız şəxsi hakimiyyət maraqları naminə təhrif edir", - Ovanisyan söyləyib.

 

Partiya sədri Ermənistan rəhbərliyinin Qarabağ məsələsində siyasətini də tənqid atəşinə tutub.

 

"Bu kursun qarşısı alınmalı, hakimiyyətə öz şəxsi və milli ləyaqəti olan insanlar gəlməlidir", - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI