Modern.az

2014-cü ildə Ukraynanın ələ keçirilməsinə icazə vermədik – Obama 

2014-cü ildə Ukraynanın ələ keçirilməsinə icazə vermədik – Obama 

Dünya

23 İyun 2023, 14:55

2014-cü ildə Ukrayna indikindən zəif idi və Ali Radada Rusiyanın tərəfdarları var idi. Ona görə də o vaxt mən və Almaniya kansleri Angela Merkelin Qərb ölkələrini tətbiq etməyə razı saldığımız sanksiyalar Putini Krım, Donbass sərhədləri daxilində dayandırdı və Ukraynaya özünü gücləndirmək imkanı verdi.  


Modern.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obama “CNN” kanalına müsahibəsində danışıb.


O əlavə edib ki, Krımda yaşayan və maraqlarının Rusiya tərəfindən təmsil olunduğuna inanan çoxlu sayda rusdilli vətəndaşlar var.


"Həmin vaxt Radada, Ukrayna parlamentinin özündə Rusiyanın tərəfdarları var idi. Ukraynanın daxili siyasətində daha çox mürəkkəblik hökm sürürdü.", - ABŞ-ın keçmiş prezidenti vurğulayıb.  
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu