"Hazırda Rusiya və Türkiyə arasında xüsusi xidmət orqanları xətti üzrə etibarlı əlaqə kanalı var".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.
Narışkin, həmçinin qeyd edib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Uilyam Börnslə görüşün mümkünlük ehtimalı qorunur:
"Kontaktların dəstəklənməsi vacibdir".