Modern.az

Orta Dəhliz üçün xüsusi yol xəritəsi hazırlanıb - Qaribaşvili

Orta Dəhliz üçün xüsusi yol xəritəsi hazırlanıb - Qaribaşvili

23 İyun 2023, 16:15

Azərbaycan, Gürcüstan və Qazaxıstan Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) cəlbediciliyinin artırılması məsələsini müzakirə edib və yol xəritəsi hazırlayıblar.


Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili məlumat verib.


“Ötən ilin noyabrında biz üçtərəfli memorandum imzaladıq. Dəhlizin cəlbediciliyini artırmaq, ondan daha çox yüklərin keçməsi üçün bu layihə üzrə Azərbaycan və Qazaxıstanla əməkdaşlıq edirik. Bizim konkret yol xəritəmiz var, onu artıq Qazaxıstanla razılaşdırmışıq, bu, 5 illik plandır”, - Gürcüstanın baş naziri bildirib.


Onun sözlərinə görə, dəmir yollarının modernləşdirilməsi istiqamətində əhəmiyyətli investisiyalar qoyulur ki, bu da onların ötürücülük qabiliyyətini iki dəfə artıracaq.


“Bizim bu istiqamətdə başqa mühüm layihələrimiz də var: biz yeni limanın tikintisi üzərində işləyirik. Mən şəxsən baş nazirə məlumat verdim ki, Gürcüstan hökuməti yeni liman – Anaklia dərin su limanını tikməyə hazırdır və işlər bu il, payızda, təxminən oktyabrda başlayacaq. Bunlardan 51%-i Gürcüstan hökumətinə məxsus olacaq və qalan 49% üçün biz ciddi danışıqlara hazırlaşırıq”, - deyə Qaribaşvili əlavə edib.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri