Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev 34 yaşında karyerasını başa vurub.
Modern.az xəbər verir ki, 2018-ci ildən “Səbail” klubunda çıxış edən Əmirquliyev futbolçu karyerasını bitirmək qərarına gəlib.
Qeyd edək ki, R.Əmirquliyev Azərbaycan Premyer Liqasında 457 oyunda meydana çıxıb və bunun 120 oyunu “Səbail” klubunun payına düşüb.