Modern.az

Qoşunların əsas hissəsi hələ əks-hücuma cəlb edilməyib - GENERAL

Qoşunların əsas hissəsi hələ əks-hücuma cəlb edilməyib - GENERAL

Dünya

23 İyun 2023, 21:20

Ukrayna qüvvələrinin əsas hissəsi hələ əks-hücum əməliyyatına cəlb edilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna quru qoşunlarının komandanı Aleksandr Sırski "Guardian" qəzetinə müsahibəsində bildirib.

 

General-polkovnik qeyd edib ki, Ukrayna ordusu Rusiyanın müdafiə xətlərində zəif cəhətləri “axtarır, yoxlayır”.

 

“Biz düşməni aşağı qiymətləndirməməliyik. Düşmən bizim hərəkətlərimizin ən təhlükəli istiqamətlərini qabaqcadan görüb və görməkdə davam edir, orada möhkəm müdafiə qurur, onu keçmək kifayət qədər çətindir”, - Sırski deyib. O “hər şeyin hələ qabaqda olduğunu” vurğulayıb.

 

Komandanın sözlərinə görə, ani və böyük qələbəyə can atanda başa düşmək lazımdır ki, bu, vaxt aparacaq, çünki hər tərəfdə çoxlu qüvvələr, texnika və süni maneələr var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi