Ermənistan Baş nazirinin ofisi Nikol Paşinyanın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana andiçmə mərasimində nə hədiyyə verdiyini açıqlamaqdan imtina edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Belə hadisələrlə bağlı məlumatlar dövlət sirrini ehtiva edən satınalma planına daxil edilib. Ona görə də bu məlumat dərc oluna bilməz", - Ermənistan Baş nazirinin ofisindən bildiriblər.
Bəzi KİV-lər Paşinyanın Türkiyə Prezidentinə Ərdoğanın özünün təsviri olan xalça hədiyyə etdiyini yazıb.