Modern.az

"Qəbələ"dən ilk transfer

İdman

23 İyun 2023, 23:57

"Qəbələ" klubu mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

 

Modern.az xəbər verir ki, "qırmızı-qaralar" Ahmed Ayzayanı heyətinə qatıb.

 

28 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Nigeriyalı oyunçu ötən mövsüm Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz"in formasını geyinib. "Zirə"də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.

 

Ahmed Ayzaya karyerası ərzində Portuqaliyalının "Ribeyrao", "Oliveyrense", "Vilaverdense", "Jil Visente", "Varzim" və "Sportinq Kovilya" klublarında da çıxış edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi