Modern.az

Qubernator Rostov sakinlərini evdən çıxmamağa ÇAĞIRDI

Qubernator Rostov sakinlərini evdən çıxmamağa ÇAĞIRDI

24 İyun 2023, 08:30

Rusiyanın Rostov vilayətinin qubernatoru Vasili Qolubev sakinləri sakit olmağa və lüzumsuz yerə evlərini tərk etməməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında yazıb.

 

“Mövcud vəziyyət asayişi qorumaq üçün bütün qüvvələrin maksimum cəmləşməsini tələb edir. Hüquq-mühafizə orqanları rayon sakinlərinin təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir. Hər kəsdən sakit olmağı və lüzumsuz yerə evdən çıxmamağı xahiş edirəm”, - qubernator bildirib.

 

Qeyd edək ki, ötən gün "Vaqner" rəhbəri Yevgeni Priqojinin teleqram kanalında səs yazıları yayılıb. O, bölmələrinin hücuma məruz qaldığını iddia edib və buna görə ölkənin hərbi rəhbərliyini günahlandırıb. Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 minlik dəstəsi ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini bildirib.

 

Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi