Modern.az

Kiyevdə yaşayış binası raketlə vuruldu - Ölənlər var

Kiyevdə yaşayış binası raketlə vuruldu - Ölənlər var

24 İyun 2023, 08:54

Rusiya ordusu Ukrayna paytaxtına raketlərlə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb.

 

Raketlərdən biri çoxmərtəbəli binaya düşüb. Hadisə nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Məlumata görə, iki nəfər xəstəxanaya yerləşdirilib, digər şəxslərə yerində tibbi yardım göstərilib.

 

Bundan əlavə, dayanacaqda saxlanılan 40-a yaxın avtomobilə ziyan dəyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi