Modern.az

Bütün kütləvi tədbirlər ləğv olundu - Bu dəfə Voronejdə

Bütün kütləvi tədbirlər ləğv olundu - Bu dəfə Voronejdə

Dünya

24 İyun 2023, 09:26

Rusiyanın Voronej vilayətində bütün kütləvi tədbirlər ləğv olunub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev məlumat verib.

 

Oxşar qərar Lipetsk vilayəti ilə bağlı da verilib.

 

Qeyd edək ki, ötən gün "Vaqner" rəhbəri Yevgeni Priqojinin teleqram kanalında səs yazıları yayılıb. O, bölmələrinin hücuma məruz qaldığını iddia edib və buna görə ölkənin hərbi rəhbərliyini günahlandırıb. Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 minlik dəstəsi ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini bildirib.

 

Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi özəl hərbi şirkətin döyüşçülərini hücumlardan çəkinməyə çağırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinə vəziyyətlə bağlı məlumat verilib və lazımi tədbirlər görülür.

 

Digər məlumata görə, “Vaqner”in rəhbəri Yevgeni Priqojin Rostovdadır. Şəhərin “Vaqnerçi”lər tərəfindən ələ keçirildiyi iddia olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI