Modern.az

Sertifikatlaşdırma imtahanlarının son günü

Sertifikatlaşdırma imtahanlarının son günü

Təhsil

24 İyun 2023, 09:58

Bu gün sertifikatlaşdırma imtahanlarının son günüdür.

 

Modern.az xəbər verir ki, bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahanlar keçirilir.

 

Prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub. Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilir.

 

Qeyd edək ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişaf prosesidir. Sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıq sərgiləyirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək