Modern.az

“Vaqnerçi”lər Rostova giriş-çıxışı bağlayıb - FOTO

“Vaqnerçi”lər Rostova giriş-çıxışı bağlayıb - FOTO

24 İyun 2023, 10:42

"Vaqner" muzdluları Rostov şəhərinin mərkəzi və ətrafında yerləşən bütün yollarda blokpost yerləşdirib.


Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.


Bildirilib ki, şəhərin giriş-çıxışı muzdlu üsyançıların tam nəzarət altındadır.
 

Qeyd edək ki, ötən gün "Vaqner" rəhbəri Yevgeni Priqojinin teleqram kanalında səs yazıları yayılıb. O, bölmələrinin hücuma məruz qaldığını iddia edib və buna görə ölkənin hərbi rəhbərliyini günahlandırıb. Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 minlik dəstəsi ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini bildirib. Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi özəl hərbi şirkətin döyüşçülərini hücumlardan çəkinməyə çağırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinə vəziyyətlə bağlı məlumat verilib və lazımi tədbirlər görülür. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri