Modern.az

Putin “Vaqner”in qiyamından danışdı: Xalqımızın taleyi həll olunur

Putin “Vaqner”in qiyamından danışdı: Xalqımızın taleyi həll olunur

Dünya

24 İyun 2023, 11:02

"Gecə bütün istiqamətlərin komandirləri ilə danışmışam". 

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.

 

Putin bildirib ki, qoşunlar qəhrəmancasına döyüşür: "Mən ruslara, hərbçilərə və hüquq-mühafizə orqanlarına, hiylə və hədələrlə silahlı üsyan yoluna sövq edilənlərə müraciət edirəm. Rusiya öz gələcəyi üçün sərt mübarizə aparır, Qərbin bütün hərbi və informasiya maşını Rusiyaya qarşı yönəlib. İstənilən fitnəyə son qoyulmalıdır, xalqımızın taleyi indi həll olunur".

 

O, baş verənləri hərbi qiyam və xəyanət adlandırıb.

 

Məlumat üçün bildirək ki, "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin teleqram kanalında sensasion səs yazıları yayılıb. O, rəhbərlik etdiyi bölmələrin hücuma məruz qaldığını iddia edib və buna görə Rusiyanın hərbi rəhbərliyini günahlandırıb.

 

Belə ki, Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 min nəfərlik silahlı dəstə ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini diqqətə çatdırıb. Məlum bəyanatdan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaların yalan olduğunu bildirib.

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi özəl hərbi şirkətin döyüşçülərini hücumlardan çəkinməyə çağırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, dövlət başçısı Vladimir Putinə vəziyyətlə bağlı məlumat verilib və lazımi tədbirlər görülür.

 

Digər məlumata əsasən, “Vaqner”in rəhbəri Yevgeni Priqojin artıq Rostovdadır. Şəhərin “Vaqnerçi”lər tərəfindən ələ keçirildiyi, bu səbəbdən bütün tədbirlərin ləğv edildiyi iddia olunur.

 

Rusiya Müdafiə Nazirliyi bu gün səhər saatlarında yaydığı açıqlamada Priqojinlə bağlı vəziyyəti silahlı üsyan adlandırıb. "Vaqner"in döyüşçüləri ehtiyatlılıq nümayiş etdirməyə, idarənin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağa çağırılıb. Nazirlik şöbə və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayacaq döyüşçülərin təhlükəsizliyinə zəmanət verib.

 

Bu xəbər ilə bağlı
Putinin xalqa müraciəti: Priqojinin adını çəkmədi - VİDEO
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI