Modern.az

Rusiya erməniləri kimi dəstəkləyir? - Bəyanat

Rusiya erməniləri kimi dəstəkləyir? - Bəyanat

Dünya

24 İyun 2023, 11:33

"Rusiya Erməniləri İttifaqı fikir ayrılıqlarını ultimatumlar və ölkədə iğtişaşlar yolu ilə həll etmək cəhdlərini qəbuledilməz və təhlükəli hesab edir".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə ittifaqın Rusiyada baş verən son hadisələrlə bağlı bəyanatında deyilir.

 

"Rusiya cəmiyyətini parçalamaq cəhdləri - kimdən olmasından asılı olmayaraq - dərhal dayandırılmalıdır. Priqojini silahlı üsyana sövq edən səbəblər və bəhanə xüsusi komissiya tərəfindən araşdırılmalıdır. İttifaq ictimaiyyəti təxribat xarakterli çağırışlara uymamağa, rəsmi məlumatlara inanmamağa və prezident Putinin ətrafında birləşməyə çağırıb", - deyə qeyd olunub.

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət və qiyam adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI