Modern.az

Rusiya Dumasının spikeri Vyetnama səfərini təxirə saldı

Rusiya Dumasının spikeri Vyetnama səfərini təxirə saldı

Dünya

24 İyun 2023, 12:48

Rusiya Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin Vyetnama səfərini təxirə salıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Dumasının mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, Volodinin 25-26 iyun tarixlərində Vyetnama rəsmi səfər edəcəyi və bu ölkənin Milli Assambleyası (parlament) ilə Rusiya Dövlət Duması arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 2-ci iclasında həmsədr kimi iştirak edəcəyi planlaşdırılmışdı.

 

Səfərin təxirə salınmasına səbəb kimi Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin başçılığı ilə ölkədə hərbi qiyamın başlaması göstərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi