Rusiyanın antiterror rejimi elan edilən ərazilərində internetin verilməsi dayandırılıb.
Modern.az xəbər verir ki, bu barədə Roskomnadzor açıqlama yayıb.
"Ərazilərdə internet resurslarının işinin müvəqqəti məhdudlaşdırılması mümkündür", - məlumatda deyilir.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.