Modern.az

Xaricdə təhsil üçün müraciəti təsdiqlənən şəxslərin SAYI

Xaricdə təhsil üçün müraciəti təsdiqlənən şəxslərin SAYI

Təhsil

24 İyun 2023, 15:33

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üzrə 600-ə yaxın şəxsin müraciəti təsdiqlənib.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.

 

O bildirib ki, müraciətlərin qəbulu iyulun 14-dək davam edəcək və sayın artacağı gözlənilir.

 

Qeyd edək ki, Dövlət Proqramına prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə "Times Higher Education", “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız universitetlər üzrə top onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də müraciət edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək