Modern.az

Moskvada döyüş hazırlığı: Xəndəklər qazılır

Moskvada döyüş hazırlığı: Xəndəklər qazılır

Dünya

24 İyun 2023, 15:45

Rusiyanın paytaxtı Moskva şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyaya məxsus teleqram kanalları məlumat yayıb. 

 

Bildirilib ki, mümkün silahlı qarşıdurmalara hazırlıq məqsədilə paytaxt ərazisində xəndəklər qazılır, sakinlərin sıx olduğu ərazilər təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb.


Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu