Modern.az

Bakıda öz mənzilini fahişəxanaya çevirən qadın saxlanılıb

Bakıda öz mənzilini fahişəxanaya çevirən qadın saxlanılıb

Təhsil

18 İyul 2013, 13:58


İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səriyyə İsgəndərovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. O da məlum olub ki, Səriyyə İsgəndərova Nəsimi rayonu A.Məhərrəmov küçəsindəki mənzilində əxlaqsızlıq yuvası təşkil edib.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Aygün Əlizadənin və Səadət Əlizadənin gəlir əldə etmək məqsədi ilə  qadınları fahişəliyə cəlb etmələri müəyyən edilib.

Modern.az  
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım