Moskvada bütün futbol matçları antiterror rejimi ilə əlaqədar ləğv edilib.
Modern.az xəbər verir ki, bu barədə Moskva Futbol Federasiyası “Telegram”da yazıb.
Qeyd edək ki, Moskva meri Sergey Sobyaninin sərəncamı ilə əlaqədar şəhərdə kütləvi tədbirlər ləğv edilib.
Xatırladaq ki, bu gün səhər “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin başçılığı ilə hərbi qiyam səbəbindən Moskva şəhərində və eyniadlı vilayətdə, həmçinin Rusiyanın digər bölgələrində kütləvi tədbirlər ləğv edilib.